Rusiyada pirotextnika fabrikində yanğın – 14 nəfər ölüb

Baş səhifə

Bakı.Trend:

Ötən gecə Rusiyanın Yaroslavl vilayətinin Pereslavl-Zalesski
şəhər dairəsinin Kubrinsk kəndində petarda istehsalı müəssisəsində
yanğın baş verib.

TASS-ın məlumatına görə, hadisə nəticəsində 14 nəfər həlak olub,
bir qadın xəsarət alıb.

Müəssisənin ərazisində yerləşən iki bina yanıb. Yanğının
söndürülməsinə 100-dən çox canlı qüvvə və 40 texnika cəlb olunub.
Yanğın tamamilə söndürülüb.




Hadisə nəticəsində müəssisənin yaxınlığında yerləşən 9
çoxmənzilli yaşayış binasına da ziyan dəyib. Əsasən binaların
şüşələri sınıb, evlərdən birinin dam örtüyü zədələnib.

Yanğından sonra Kubrinsk kəndində elektrik enerjisinin
verilişində fasilə yaranıb. Hazırda yaşayış məntəqəsinin elektrik
təchizatı bərpa edilib.

İnsidentlə bağlı cinayət işi açılıb, hadisənin səbəbləri
araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir