
Bakı. Trend:
FIFA prezidenti Canni İnfantino Bakıda keçiriləcək U-15-lər
arasında dünya çempionatına hazırlıq işlərinin gedişi ilə tanış
olmaq üçün Azərbaycana gəlib.
Məlumat AFFA-nın Mətbuat xidmətindən Trend-ə təsdiqlənib.
Səfər çərçivəsində FIFA prezidenti bu gün ilk olaraq Hövsanda
inşa olunan futbol meydançalarına baxış keçirib.
İnfantino qısa müddətdə istifadəyə hazırlanmış 10 meydançanı
nəzərdən keçirib.
Təşkilati hazırlığın gedişindən məmnun qalan Canni İnfantino
Hövsanda AFFA rəsmilərinin müşayiəti ilə meydançalara baxış
keçirib.
FIFA prezidenti səfəri çərçivəsində daha bir neçə görüş
keçirəcək və bundan sonra Bakıya səfərini başa vuracaq.
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın
24-dən 30-dək Bakıda təşkil olunacaq.
Azərbaycan millisi turnirdə AF qrupunda mübarizə aparacaq.
Yığmanın qrupdakı rəqibləri Andorra, Avstraliya, Haiti, İsrail və
Şərqi Timordur.

