AZIPS-də aparılan əməliyyatların həcmi 65 faiz artıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda AZIPS-də aparılan əməliyyatların həcmi
65 faiz artıb.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik
bülletenə əsasən, cari ilin avqust ayında Azərbaycanın Real Vaxt
Rejimində Hesablaşmalar Sistemi (AZIPS) aparılan əməliyyatların
həcmi 113 milyard manatı ötüb, onların sayı isə 202,3 minə
çatıb.

Trend-in bankın məlumatları əsasında apardığı
hesablamalara görə, 2025-ci ilin eyni ayı ilə müqayisədə bu
sistemdə aparılan əməliyyatların həcmi 44,5 milyard manatdan çox və
ya 65 faiz artıb, əməliyyatların sayı isə 13,1 min ədəd və ya 6,9
faiz çoxalıb.

Qeyd edək ki, Azərbaycanda bankların və “Azərpoçt”
MMC-nin dövriyyədə olan ödəniş kartlarının sayı avqustun sonuna 22
milyon 974 minə çatıb.




Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu
göstərici iyulun sonu ilə müqayisədə 189 min ədəd və ya təxminən
0,8 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə dövriyyədə olan
ödəniş kartlarının sayı 8,7 faiz artıb.

Kartların strukturunda da dəyişiklik baş verib: debet
kartlarının sayı illik ifadədə 10,2 faiz artıb, kredit kartlarının
sayı isə 4,3 faiz azalıb.

Nağdsız ödənişlərin artımı da davam edib. 2026-cı
ilin avqust ayında ödəniş kartları vasitəsilə həyata keçirilən
ölkədaxili nağdsız əməliyyatların həcmi 8 milyard 888 milyon manat
təşkil edib. Bu məbləğin 7 milyard 682 milyon manatı elektron
ticarətin, 1 milyard 204 milyon manatı POS-terminalların, 2 milyon
manatı isə özünəxidmət terminalları və bankomatların payına
düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir