Bakının üç küçəsində hərəkət məhdudlaşdırılacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün saat 21:00-dan etibarən Bakının Binəqədi və Nərimanov
rayonlarında yerləşən üç küçədə nəqliyyat vasitələrinin hərəkətinə
müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına
görə, təmir işləri ilə əlaqədar Binəqədi rayonunda Şövkət Məmmədova
küçəsinin Çingiz Aytmatov küçəsindən Süleyman Sani Axundov
küçəsinədək, Zaur Nudirəliyev küçəsinin isə Ziya Bünyadov
prospektindən Əcəmi Naxçıvani küçəsinədək olan hissələrində hərəkət
məhdudlaşdırılacaq.




Nərimanov rayonunda Koroğlu Rəhimov və Təbriz küçələrinin
kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi üçün ayırıcı zolağın
bir hissəsi ləğv ediləcək. Bu müddətdə kəsişmədə hərəkət qismən
məhdudlaşdırılacaq.

Məhdudiyyətlər işlər başa çatanadək qüvvədə olacaq. Sürücülərə
alternativ marşrutları əvvəlcədən nəzərə almaq tövsiyə olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir