FIFA prezidenti Hövsanda futbol bazasında olub

Baş səhifə

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycana səfərə gəlib.

AFFA-dan Modern.az-a bildirilib ki, səfər çərçivəsində milli assosiasiyanın prezidenti Rövşən Nəcəf və Canni İnfantino FIFA U-15 dünya çempionatı və festivalının oyunlarının keçiriləcəyi Hövsan qəsəbəsində inşa olunan futbol bazasında olublar. FIFA prezidentinə 10 futbol meydançasından ibarət kompleksdə tikinti işlərinin gedişatı və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı tarixdə ilk dəfə keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir