Polşanı qarşıda çox çətin həftələr gözləyir – Tusk

Baş səhifə

Bakı.Trend:

Polşanı Rusiya tərəfindən Ukraynaya endirilən
zərbələrlə əlaqədar qarşıdakı həftələr və aylar ərzində çox çətin
vəziyyət gözləyir.

“TVP Info”nun məlumatına görə, bu barədə ölkənin Baş
naziri Donald Tusk bildirib,

“Rusiya tərəfindən Ukraynaya qarşı getdikcə daha
aqressiv mövqedən qaynaqlanan çox çətin həftələr və aylar
qarşıdadır. Təəssüf ki, Rusiyanın Ukraynaya qarşı bu aqressiv
addımları sərhədimizə getdikcə daha da yaxınlaşır”, – deyə Tusk
bildirib.




Baş nazir qeyd edib ki, Varşava mütəmadi olaraq hərbi
hava qüvvələrini işə cəlb etməli olur:

“Polşa sərhədinin yaxınlığında, xüsusən də
sərhəd-keçid məntəqələrinə və sərhədə yaxın infrastruktura qarşı
Rusiyanın hücumları mütəmadi xarakter alıb”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir