
Bakı. Trend:
Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
“Təmir-quraşdırma işləri ilə əlaqədar 30.09.2026-cı il tarixində
saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun A. Məhərrəmov,
20 Yanvar, M. Cəfərov və Cavadxan küçələrinin qaz təchizatında
qısamüddətli fasilə yaranacaq”, – deyə məlumatda bildirilir.

