Niderlandda azyaşlı uşaq evtanaziya olunub

Baş səhifə

Bakı.Trend:

Niderlandda müvafiq qaydaların genişləndirilməsindən
sonra ilk dəfə bir yaşdan 12 yaşadək uşağın həyatının
dayandırılması proseduru tətbiq edilib. Uşaq öldüyü zaman təxminən
iki yaşında olub. Hadisə 2025-ci ildə baş verib, lakin təfərrüatlar
xüsusi komissiyanın 2026-cı ilin sentyabrında dərc etdiyi rəydən
sonra məlum olub.

Bu barədə Niderlan KİV-ləri yazır.

Uşaq həddindən artıq erkən doğulub və doğuşdan qısa
müddət sonra sepsis keçirib. Dörd aylıq olarkən həkimlər onda
beynin genişmiqyaslı zədələnməsini müəyyən ediblər. Daha sonra
uşaqda ağır serebral iflic və epilepsiya aşkarlanıb.

Bundan əlavə, uşağın tənəffüs yollarını bəlğəmdən
təmizləməsində ciddi problemlər olub. Bu isə təngnəfəsliyə səbəb
olub və respirator infeksiyaların yaranması riskini əhəmiyyətli
dərəcədə artırıb.




Dərc olunmuş rəyə əsasən, uşağın həyatı boyu
vəziyyətində hər hansı yaxşılaşma və ya inkişaf müşahidə edilməyib.
Həkimlər vəziyyətin yaxşılaşacağına dair perspektivin olmadığı
qənaətinə gəliblər. Bundan sonra valideynlər müalicə həkiminə
müraciət edərək uşağın həyatının dayandırılmasını xahiş
ediblər.

Prosedur Niderlandda qüvvədə olan xüsusi qaydalar
çərçivəsində həyata keçirilib. 2024-cü ildə ölkə müstəsna dərəcədə
ağır vəziyyətdə olan, ümidsiz və aradan qaldırıla bilməyən əzablar
çəkən bir yaşdan 12 yaşadək uşaqların da həyatının dayandırılmasına
imkan verən qaydaları genişləndirib. Əvvəllər bu yaş kateqoriyası
faktiki olaraq müvafiq tənzimləmənin əhatə dairəsinə daxil
deyildi.

Uşağın adı, cinsi və ailəsi barədə məlumat
açıqlanmır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir