
Bakı.Trend:
Pentaqon ABŞ və müttəfiqlərinin İraqda “Sarsılmaz
qətiyyət” (Operation Inherent Resolve – ing.) əməliyyatını rəsmi
olaraq başa çatdırdığını elan edib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin Mətbuat xidməti
bəyanat yayıb.
“Bu gün ABŞ və koalisiya üzrə tərəfdaşlarımız İraqda
“Sarsılmaz qətiyyət” əməliyyatını rəsmi olaraq başa çatdırıb. (…)
Koalisiya qüvvələrinin və texnikasının Ərbil aviabazasından
mərhələli şəkildə çıxarılması İraqda İŞİD-in darmadağın edilməsinə
yönəlmiş hərbi missiyanın uğurla başa çatdığını göstərir”, – deyə
ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon
Parnellin bəyanatında bildirilib.
Pentaqonun bəyanatında qeyd olunur ki, ABŞ İraqdakı
əməliyyatını sentyabrın 30-da başa çatdırdıqdan sonra bu ölkənin
hakimiyyətinin təhlükəsizliyi müstəqil şəkildə təmin edəcəyini və
İŞİD terror qruplaşmasının qalıqlarını uğurla məhv edəcəyini
gözləyir.

