Prezidentin köməkçisi parlamentin ilk iclasına gəlib – SƏBƏB

Baş səhifə

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov Milli Məclisin payız sessiyasının ilk iclasında iştirak edir.

Modern.az xəbər verir ki, onun iştirakı Prezidentin etirazı ilə parlamentə qaytarılmış qanunun müzakirəsi ilə bağlıdır.

Söhbət Vergi və Miqrasiya məcəllələrində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan sənəddən gedir.

2026-cı il iyulun 14-də qəbul edilmiş 453-VIIQD nömrəli qanuna yenidən baxılması iclasın gündəliyinə daxil edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir