Dubay-Təl-Əviv reysi ilə uçan daha bir təyarə geri qaytarılıb

Baş səhifə

Bakı.Trend:

Dubay-Təl-Əviv aviareysi ilə uçan daha bir sərnişin təyyarəsinə
geri dönmək göstərişi verilib.

Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.




Məlumata görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərinə qayıdır.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Bundan əvvəl “Flydubai” şirkətinə məxsus “Boeing 737 MAX”
təyyarəsi göyərtədə baş verən insident səbəbindən Dubaydan
Təl-Əvivə uçuş zamanı Səudiyyə Ərəbistanına məcburi eniş edib.
İlkin versiyaya görə, pilotlardan biri digər pilotu bıçaqla vurub,
bundan sonra təyyarə sürətlə hündürlük itirməyə başlayıb. İsrail
hakimiyyəti hadisənin terror aktına cəhd olması versiyasını
nəzərdən keçirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir