Azərbaycanın “Qartal” PUA-sı ilk dəfə nümayiş etdirilib

Baş səhifə

“Qartal” hərbi-taktiki müşahidə və minaatan PUA-sı ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.

APA xəbər verir ki, çəkisi 13 kiloqram olan pilotsuz uçuş aparatı 15 kilometr radius daxilində hərəkət edərək operator tərəfindən müəyyən edilən missiyaları avtonom rejimdə yerinə yetirir.

Yerli istehsal olan “Qartal” PUA-sı əlavə olaraq 1 500 metr məsafədən hədəflərin dəqiq koordinatlarını təyin edə bilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir