
Bakı. Trend:
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım
Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər
paylaşılıb.
Paylaşımda qeyd edilib:
“Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq
Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili
Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi
keçirilib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva
sərgilərlə tanış olublar”.

