Qəza səbəbindən Zığ şosesi-8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Qəza səbəbindən Zığ şosesi-8 Noyabr prospekti istiqamətində
nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət
qoyulub.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin məlumat verilib.




Bildirilib ki, paytaxtın Suraxanı rayonunun Zığ şosesində
yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən yük
avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması
nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik
tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və
hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir