Suriyada avtobus atəşə tutulub – Ölən və yaralananlar var

Baş səhifə

Bakı. Trend:

Suriyanın Homs vilayətində Məsiyaf körpüsü ərazisində naməlum
şəxslərin avtobusu atəşə tutması nəticəsində azı yeddi nəfər həlak
olub, daha dörd nəfər yaralanıb.

Bu barədə “SANA” agentliyi məlumat yayıb.




Məlumata əsasən, hücum yerinə daxili təhlükəsizlik qüvvələrinin
əməkdaşları və mülki müdafiə bölmələri gəlib. Onlar ərazini
mühasirəyə alıb, həmçinin həlak olanların və yaralananların
təxliyəsinə başlayıblar.

Suriyanın daxili təhlükəsizlik qüvvələri hadisə ilə bağlı
araşdırmaya başlayıb. Hadisənin digər təfərrüatları və hücum
edənlərin mümkün motivləri barədə hələlik məlumat verilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir