Azərbaycan millisi bu gün Lixtenşteynlə oynayacaq

Baş səhifə

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununa çıxacaq.

Modern.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan milli komandamız 2-ci turda Lixtenşteynlə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kristian-Petru Çoçirka olacaq. 

Millimiz turnirdə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk turda öz meydanında Litvaya 0:2 hesabı ilə uduzub. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir