
Bakı.Trend:
Kürdəmirdə toy məclisindən sonra qonaqlar xəstəxanaya müraciət
edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı məlumata
görə, sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə
şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya
olunub.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət
göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər
ambulator müalicə üçün evə buraxılıblar.

