Tramp İlon Maska yüksək vəzifə verəcək

Baş səhifə

Bakı.Trend:

“SpaceX”in baş direktoru, amerikalı milyarder İlon
Mask, “Anduril” şirkətinin təsisçisi Palmer Laki və ABŞ
Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç Pentaqonun “Meridian layihəsi” adlı, müharibə aparılmasının gələcək
üsullarının öyrənilməsinə cavabdeh olan yeni strukturunun
rəhbərliyinə daxil olacaqlar.

ABŞ KİV-in xəbərinə görə bu barədə ABŞ-nin müharibə
naziri Pit Heqset bildirib.




Layihə müharibələrin aparılmasının gələcək üsullarını
öyrənəcək, həmçinin ABŞ-nin 2030, 2050 və 2100-cü illərdə ehtiyac
duya biləcəyi silah və sistemlərin hazırlanması ilə məşğul
olacaq.

“Axios” qeyd edir ki, bu, Maskın ABŞ Prezidenti
Donald Tramp ilə mübahisəsindən və mayın sonunda Federal Hökumətin
Səmərəliliyinin Artırılması Departamentindən (DOGE) ayrılmasından
sonra Tramp administrasiyasında ilk təyinatıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir