
Bakı.Trend:
Moldova Xarici İşlər Nazirliyi ölkənin hava məkanına üç pilotsuz
uçuş aparatının daxil olmasından sonra Rusiyanın Kişinyovdakı
xüsusi tapşırıqlar üzrə səfirini Xarici İşlər Nazirliyinə çağırıb
və ona etiraz notası təqdim edib.
Bu barədə Moldova Xarici İşlər Nazirliyi rəsmi “Facebook”
səhifəsində məlumat yayıb.
“Xarici İşlər Nazirliyi bir gün ərzində üç dronun Moldova
Respublikasının hava məkanını pozmasından sonra Rusiya
Federasiyasının Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini
çağırıb və ona etiraz notası təqdim edib”, – deyə məlumatda
bildirilib.
Moldova XİN-in məlumatına görə, üç drondan ikisi ölkə ərazisinə
düşərək partlayıb.

