
Bakı. Trend:
Azərbaycan beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi
layihəsinin həyata keçirilməsini dəstəkləyir.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq
Diskussiya Klubunun XXIII illik iclasının plenar sessiyasında
çıxışı zamanı bildirib.
Putin marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçməli
olduğunu qeyd edib.
“Bakı bu layihənin həyata keçirilməsini dəstəkləyir və onu
perspektivli hesab edir”, – deyə Rusiya lideri bildirib.

