Messi İspaniyada klub aldı

Baş səhifə

Bakı. Trend:

Lionel Messi İspaniyanın ikinci divizionunda çıxış edən
“Eldense” klubunun sahibi olub.

“Deportivo Eldense” klubu rəsmi olaraq Lionel Messinin klubu
satın aldığını elan edib. Bu, klubun yüz ildən artıq tarixində yeni
və həyəcanverici mərhələnin başlanğıcıdır.

İdman tarixinin ən görkəmli simalarından birinin “Deportivo
Eldense”nin sahibi kimi kluba gəlişi uzunmüddətli layihənin
başlanğıcını qoyur. Layihənin əsas məqsədi klubun idman, təşkilati
və sosial inkişafına töhfə verməkdir.




1921-ci ildə yaradılan “Deportivo Eldense” öz köklərini,
tarixini və göy-qırmızı ənənələrini qoruyaraq peşəkar futbolda
mövqeyini möhkəmləndirmək və inkişaf etmək məqsədilə yeni mərhələyə
qədəm qoyur”, — deyə klubun açıqlamasında bildirilir.

Qeyd edək ki, Sequndada keçirilən 7 turdan sonra “Eldense” 5
xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir