Azərbaycanda pul bazası 15%-dən çox artıb Baş səhifə 02 Oktyabr 2026 Ria24 azLeave a Comment on Azərbaycanda pul bazası 15%-dən çox artıb Azərbaycanda pul bazasının həcmi oktyabrın 1-ə 24 milyard 817.9 milyon manat təşkil edib. “APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Təkcə sentyabr ayında pul bazası 2,4%, illik müqayisədə isə 15,2% artıb.