
Bakı.Trend:
Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə
naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.
Bu barədə Rumıniyanın “Adevarul” nəşri məlumat
yayıb.
Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə
Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin
Tulça rayonunun şimal hissəsində, Rumıniya ilə su sərhədinin
yaxınlığında Ukraynada obyekt və infrastruktura PUA-larla yeni
hücumlar qeydə alıb.
Saat 05:00 radələrində Tulça rayonunun Rumıniyaya
məxsus Plauru kəndində PUA-nın düşdüyü məlum olub. Nəticədə yanğın
baş verib, lakin insanlar və obyektlər zərər görməyib. Yanğının
söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar üzrə İnspektoratın
və Müdafiə Nazirliyinin bölmələri göndərilib.
Qeyd edək ki, bundan əvvəl sentyabrın 24-də başqa bir
PUA Rumıniya ərazisinə düşmüşdü.

