
Bakı. Trend:
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi
münasibətilə “Neftçi” (Azərbaycan) – “Spartak” (Vilnüs, Litva)
veteranları arasında yoldaşlıq görüşü keçiriləcək.
Gənclər və İdman Nazirliyinin məlumatına görə, qarşılaşma 4
oktyabr, saat 12:00-da baş tutacaq.
Qeyd edək ki, 1951-ci ildə stadionun açılışında bu iki komanda
qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunun ümumi ərazisi 10,5
hektardır. Kompleksdə 31 200 tamaşaçı tutumu olan əsas futbol
stadionu, minifutbol meydançası, 200 tamaşaçı tutumlu universal
idman zalı, fitnes zalı, 100 yerlik konfrans zalı və 200 nəfərlik
restoran fəaliyyət göstərir. Stadion ölkəmizin ən köklü idman
qurğularından biri olaraq beynəlxalq və yerli miqyaslı futbol
matçlarına, eləcə də digər irimiqyaslı idman və mədəniyyət
tədbirlərinə ev sahibliyi edir.

