“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı

Baş səhifə

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Modern.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.

Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir