Polis 63 cinayətin açılmasını təmin edib

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 2-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki
dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, axtarışda olan 27 nəfər, o cümlədən borclu şəxs
qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.




Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir