
Bakı.Trend:
Oktyabrın 3-də Latviyada parlament seçkiləri
keçirilir.
Bu barədə “Euronews” telekanalı xəbər verir.
Seçkilərin ilkin nəticələrinin şənbə günü axşam
açıqlanacağı, yekun rəsmi nəticələrin isə bazar günü elan ediləcəyi
gözlənilir.
İctimai rəy sorğuları və proqnozlara görə, ən çox
səsi Latviyanın Baş naziri Andris Kulberqsin başçılıq etdiyi
“Birləşmiş Siyahı” bloku toplaya bilər.
9,4 faiz səslə “Suveren hakimiyyət və Latviya
gəncləri alyansı” qrupu ikinci yerdə qərarlaşıb. “Latviya birinci”
partiyası isə 9,2 faiz nəticə ilə üçüncü yerdədir.

