
Bakı.Trend:
Sovet və Rusiya psixoterapevti, teleaparıcı Anatoli
Kaşpirovski 87 yaşında vəfat edib.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmır.
Kaşpirovski 1980-ci illərin sonlarında yayımlanan
“Psixoterapevt Anatoli Kaşpirovskinin sağlamlıq seansları”
televiziya verilişi ilə məşhurlaşıb. O, Mərkəzi Televiziyanın
efirində kütləvi psixoterapiya və hipnoz seansları keçirərək, ekran
vasitəsilə tamaşaçıların vəziyyətinə təsir etməyin mümkün olduğunu
iddia edirdi.
Kaşpirovski Vinnitsa Tibb İnstitutunu bitirib. O,
psixiatriya xəstəxanasında psixoterapevt işləyib, daha sonra SSRİ
ağır atletika yığmasının həkim-psixoterapevti olub.
1993-cü ildə Kaşpirovski I çağırış Rusiya Dövlət
Dumasına deputat seçilib.

