Britaniyada təhlükəli virus yayılıb

Baş səhifə

Bakı.Trend:

2026-cı ildə Böyük Britaniyada ev heyvanları, o
cümlədən iribuynuzlu mal-qara üçün təhlükəli olan, qızdırma və
şişkinliyə səbəb olmaqla yanaşı, selikli qişaları zədələyən virus
infeksiyası – göy dil xəstəliyinin (blutong) yayılması qeydə
alınıb.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

“Britaniyalı fermerlər göy dil xəstəliyinin tarixdəki
ən ağır mövsümünü yaşayırlar”, – məlumatda deyilir.




Qeyd olunur ki, 2026-cı ilin iyul ayının əvvəlindən
etibarən göy dil xəstəliyinə 2 mindən çox yoluxma halı qeydə
alınıb. Onların yarıdan çoxu sentyabr ayında aşkarlanıb.

Bildirilir ki, əsasən Afrikada yayılan virus ilk dəfə
2023-cü ildə Böyük Britaniyada aşkarlanıb. Nəşrin məlumatına görə,
xəstəliyin yayılması iqlim dəyişikliyi və göy dil virusunu
mal-qaraya keçirən ağcaqanadların çoxalması ilə əlaqələndirilir. Bu
xəstəlik insanlar üçün təhlükə yaratmır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir