
Bakı. Trend:
Metronun “Avtovağzal” stansiyasında kişi vəfat edib.
Trend-in
məlumatına görə, hadisə günorta saatlarında baş verib. Belə ki,
stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı
pisləşib.
Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi
yardım xidməti çağırılıb.
“Bakı Metropliteni” hadisəni təsdiq edib.
“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas
etmək mümkün olmayıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər
görülür”,- deyə qurumdan bildirilib.

