
Bakı.Trend:
Zəngin britaniyalılar və investorlar ölkəni tərk
edir, bu isə Londonun qlobal maliyyə mərkəzi kimi mövqeyini
zəiflədir.
Bu barədə “Bloomberg” agentliyində məqalə dərc olunub
.
Məqaləyə görə, son iki ildə bu indeksə daxil olan
Böyük Britaniyanı tərk emiş və ya ölkə ilə əlaqələrini zəiflədən
şəxslərin və ailələrin ümumi sərvəti 160 milyard dollar təşkil
edir. Bu göstərici hələ də ölkədə yaşayan indeks iştirakçılarının
sərvətindən çoxdur.
Köç üçün əsas istiqamətlər Monako, İsveçrə və BƏƏ
olub. Səbəblər arasında “non-dom” güzəştli vergi rejiminin ləğvi,
miras və özəl investisiyalardan əldə olunan gəlirlərin vergiyə cəlb
edilməsinin sərtləşdirilməsi var.
Varlı sakinlərin ölkədən axını artıq elit daşınmaz
əmlak bazarına və varlı müştərilərə yönəlmiş biznesə təsir
göstərir.

