Tibb üzrə Nobel mükafatının laureatları açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026-cı il Nobel mükafatının fiziologiya və tibb üzrə
laureatları açıqlanıb.

Mükafatın rəsmi saytında dərc edilən məlumata görə, Karolinska
İnstitutunun Nobel Assambleyasının qərarı ilə mükafat Karl
Deyserot, Piter Hegeman və Corc Neyqlə verilib.

Alimlər bu mükafata işıqla aktivləşən ion kanalları və
optogenetika ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Optogenetika canlı beyində sinir hüceyrələrinin yaddaş, hisslər
və davranışları necə formalaşdırdığını öyrənməyə imkan verən
metoddur.




Peter Hegemann və Georg Nagel birhüceyrəli yosun növündə
channelrhodopsin adlı zülalı aşkar ediblər. Karl Deisseroth isə bu
zülalı sinir hüceyrələrini işıq vasitəsilə idarə etməyə imkan verən
mexanizmə çevirib.

Nobel Assambleyasının məlumatına görə, laureatların
araşdırmaları nevrologiyada yeni dövrün əsasını qoyub. Optogenetika
vasitəsilə alimlər müxtəlif yaddaş, hiss və davranışlara nəzarət
edən sinir dövrələrini araşdırmağa başlayıblar.

Metoddan nevroloji və psixiatrik xəstəliklərin öyrənilməsində də
istifadə olunur. Hazırda tədqiqatçılar görmə qabiliyyətini itirmiş
insanların görmə funksiyasının bərpası məqsədilə optogenetikadan
istifadə imkanlarını araşdırırlar.

Qeyd edək ki, optogenetika beynin fəaliyyətinin öyrənilməsinə
dair təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir