
Bakı.Trend:
Fizika üzrə Nobel mükafatının laureatı elan
edilib.
Bu barədə “Nobel Prize” sosial şəbəkə hesablarında
məlumat dərc olunub.
2026-cı il üzrə fizika sahəsində Nobel mükafatı
belçikalı-amerikalı fizik Fransis Haltsenə veriləcək . Alim
“IceCube neytrino rəsədxanasının fəaliyyətinə həlledici töhfəsinə
və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə bu
mükafata layiq görülüb.
Qeyd edək ki, Nobel mükafatı laureatlarının
təltifetmə mərasimi dekabrın 10-da İsveçin Stokholm şəhərində
keçiriləcək.

