ABŞ Çinin nüvə obyektlərində təftişlər apara bilər

Baş səhifə

Bakı.Trend:

ABŞ və Çin qarşılıqlı şəkildə bir-birinin nüvə
obyektlərində təftişlərin aparılmasına başlanılması imkanını
müzakirə etməyə başlayıblar.

Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat
yayıb.




Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın
administrasiyası qarşıdakı aylarda bu təşəbbüsün irəli aparılması
məqsədilə bir sıra görüşlər keçirmək niyyətindədir. Telekanalın
həmsöhbətlərindən biri bildirib ki, qarşılıqlı təftişlərin
keçirilməsi ideyasını bu il ilk dəfə Çin tərəfi irəli sürüb.

CNN qeyd edib ki, rəsmi şəxslər arasında müzakirələr
əsasən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin görüşləri
çərçivəsində aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir