Qəddafinin qızı Liviya dövlətinin başına gələ bilər

Baş səhifə

Bakı.Trend:

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişə
ölkənin gələcəkdə rəhbəri postuna ən arzuolunan namizədin
müəyyənləşdirilməsi ilə bağlı qeyri-rəsmi sorğuda birinci yeri
tutub.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, sentyabr ayında
keçirilən ictimai sorğuda 549 mindən çox iştirakçıdan 141 502-si
Aişə Qəddafiyə səs verib. O, ən yaxın rəqibini 30 mindən çox səslə
qabaqlayıb. Təşkilatçılar vurğulayıblar ki, səsvermə qeyri-rəsmi
xarakter daşıyıb və seçki və ya referendum olmayıb.




Bununla yanaşı, keçmiş Liviya liderinin bir neçə
tərəfdar qrupu Aişəni qardaşı Seyf əl-İslam Qəddafinin ölümündən
sonra hərəkatın rəhbərliyini üzərinə götürməyə çağırıb. Xüsusilə,
“Fezzan qadınları” təşkilatı onun namizədliyini dəstəklədiyini
açıqlayıb. Seyf əl-İslamla əlaqəli “Xalq Milli Hərəkatı” isə Aişə
Qəddafini əvvəlki rejimin tərəfdarlarının yeni lideri kimi
tanıdığını bəyan edib.

Qəbilələr Ali Şurasının üzvü Əşrəf Abdel Fəttah “Al
Hadath” telekanalına bildirib ki, əvvəlki rejimin tərəfdarlarının
əhəmiyyətli hissəsi Qəddafinin qızını hərəkatın rəhbərliyi üçün ən
uyğun namizəd hesab edir. Bununla yanaşı, o qeyd edib ki, belə bir
siyasi rolu üzərinə götürüb-götürməmək barədə qərarı Aişənin özü
verməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir