
Bakı.Trend:
Türkiyənin Ankara şəhərində polis əməkdaşına silahlı hücum
olub.
Bu barədə “Haber7” məlumat yayıb.
Patrul polis əməkdaşı avtomobildə olan şəxslərin şəxsiyyət
yoxlaması aparılarkən arxa oturacaqda əyləşən şübhəli şəxs
avtomobildən düşərək əlindəki silahla polis əməkdaşı Ahmet
Türkoğluna atəş açıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və
tibbi yardım briqadaları göndərilib.
Polis əməkdaşlarının müdaxiləsindən sonra Pursaklar Dövlət
Xəstəxanasına çatdırılan Türkoğlu göstərilən tibbi yardımlara
baxmayaraq, həyatını itirib.
Hadisə yerindən qaçan şübhəlilər isə polis əməkdaşlarının
keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Ankara valisi Yakup Canbolat xəstəxananın qarşısında
jurnalistlərə açıqlamasında bildirib ki, atəş açan şəxs hadisədən
sonra öz başına atəş açıb.
“Qəhrəman polisimiz təəssüf ki, şəhid oldu. Avtomobil qaçıb,
avtomobildəki iki nəfər saxlanılıb. Hücumu həyata keçirən şəxs də
hadisədən dərhal sonra öz başına atəş açıb. Hazırda ona da tibbi
müdaxilə edilir, lakin vəziyyəti ağır görünür. Hamımıza keçmiş
olsun. Şəhidimizə Allahdan rəhmət diləyirik. Başımız sağ olsun”, –
deyə o bildirib.

