Türkiyə “Starlink”in analoqunu yaratmağı planlaşdırır

Baş səhifə

Bakı.Trend:

Türkiyə ABŞ-nin “Starlink” rabitə sisteminin milli
analoqu kimi “Astralink” adlı aşağı Yer orbitli peyk qruplaşması
yaratmaq niyyətindədir. 198 peykdən birincisinin iki il ərzində
orbitə çıxarılması planlaşdırılır.

Bu barədə Türkiyənin müdafiə sənayesi şirkəti “Aselsan”ın baş direktoru Ahmet Akyol Antalyada keçirilən
Beynəlxalq Astronavtika Konqresində bildirib.

“Bu layihənin həyata keçirilməsinə ötən ilin sonunda
başlamışıq. Qruplaşmamız 198 aşağı Yer orbitli peykdən ibarət
olacaq. Onlardan birincisinin iki il ərzində orbitə çıxarılması
planlaşdırılır. Sistem yerli ekosistem tərəfindən hazırlanmış öz
siqnal formasına, çiplərə və alt sistemlərə malik olacaq”, – deyə
Akyol bildirib.




O qeyd edib ki, “Astralink” Türkiyəni və dost
ölkələri dayanıqlı rabitə ilə təmin edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir