Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Baş səhifə

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, qəza Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2106” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir