Polşada peşə məktəbində bıçaqlı hücum – çox sayda yaralı var

Baş səhifə

Bakı.Trend:

Polşanın Astrolenka şəhərində fəaliyyət göstərən peşə-texniki
məktəbində bıçaqlı hücum nəticəsində azı 9 nəfər xəsarət alıb.

Bu barədə “RMF24” radiosu məlumat yayıb.

Bildirilib ki, yaralananların əksəriyyəti tələbələrdir, bir
müəllim də xəsarət alıb. İki nəfərin vəziyyəti ağırdır.




Tələbəl və əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə
məktəb bağlanıb. Hadisə yerinə sanitar aviasiya helikopteri də cəlb
olunub.

Peşə məktəbinə hücum edən 19 yaşlı şəxs hadisə yerindən qaçıb,
lakin polis əməkdaşları tərəfindən şəhər çimərliyi yaxınlığında
saxlanılıb. Radionun məlumatına görə, o, həmin peşə-texniki
məktəbin tələbəsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir