Zaur Rzayev mətbuat katibi təyin olundu – FOTO

Baş səhifə

Azərbaycan Biznesinin İnkişafı Fonduna (ABİF) yeni mətbuat katibi təyin olunub.

Modern.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Zaur Rzayev ABİF-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Z.Rzayev bundan əvvəl 26 ildən artıq bir müddətdə Dünya Bankında çalışıb və bunun son 8 ilində Xarici əlaqələr mütəxəssisi vəzifəsini icra edib.

O, Azərbaycanda Dünya Bankı üçün strateji kommunikasiya və xarici əlaqələr fəaliyyətinə rəhbərlik edib. Siyasi-iqtisadi təhlillər aparmaqla, təşkilatın prioritetlərinə uyğun kommunikasiya strategiyaları hazırlayıb. Mətbuat materialları hazırlamaq və yerli, eləcə də beynəlxalq media qurumları ilə əlaqələri gücləndirmək yolu ilə media ilə münasibətləri idarə edib.

1553506

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir