İran və ABŞ arasında danışıqlar davam edir – rəsmi Tehran

Baş səhifə

Bakı.Trend:

İran və ABŞ nümayəndələri arasında vasitəli dialoq
davam edir, tərəflər yazılı mesajlar mübadiləsi aparırlar.

TASNİM agentliyinin məlumatına görə, bunu İranın
xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Danışıqlar prosesi davam edir, vasitəçilər yolu ilə
ismarıclar mübadilə olunur”, – deyə İran XİN başçısı bildirib.




Əraqçi əlavə edib ki, Tehran öz təklifini – “yeddi
günlük” planı təqdim edib və İran nümayəndələri bununla bağlı ABŞ
tərəfinin mövqeyini dinləyib.

“Hazırda ABŞ-nin mövqeyini öyrənirik və hesab edirəm
ki, yaxın bir neçə gün ərzində cavabımızı verəcəyik”, – deyə İran
XİN başçısı vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir