
Bakı. Trend:
Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini qanunsuz
keçməyə cəhd edən bir Mərakeş və iki Əfqanıstan vətəndaşı
saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat
yayıb.
Bildirilib ki, oktyabrın 6-da Sərhəd Qoşunlarının “Zaqatala”
sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilən
əməliyyat-qoşun tədbirləri nəticəsində bir Mərakeş vətəndaşı
saxlanılıb.
Oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində
iki Əfqanıstan vətəndaşı dövlət sərhədini eyni istiqamətdə pozmağa
cəhd göstərərkən saxlanılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

