Fransada Renuarın oğurlanmış rəsmləri tapılıb

Baş səhifə

Bakı.Trend:

Fransanın Kot-dazur bölgəsində yerləşən muzeydən sentyabrın 8-də
oğurlanmış iki rəsm əsəri bir ay sonra tapılıb. Hadisə ilə bağlı
altı nəfər saxlanılıb.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.




Söhbət Pyer-Ogüst Renuarın “Madam Kolonna Romanonun portreti” və
“Quyu kənarında gənc qadın” adlı əsərlərindən gedir.

Oğrular muzeyə pəncərədən daxil olaraq cəmi üç dəqiqə ərzində
divarlardan dörd rəsm əsərini götürüblər. Onlar qaçarkən iki əsəri
atıblar, digər iki rəsm isə yalnız indi tapılıb. Əsərlərin harada
aşkarlandığı hələlik açıqlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir