Fələstində prezident və parlament seçkilərinin tarixi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Fələstin Prezidenti Mahmud Abbas ölkədə prezident və parlament
seçkilərinin 11 sentyabr 2027-ci ildə eyni gündə keçirilməsi
haqqında fərman imzalayıb.

Fələstinin “WAFA” agentliyinin məlumatına görə, Abbas Fələstin
Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin qərarına uyğun
olaraq, 28 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılan
qanunvericilik (parlament) seçkiləri ilə bağlı əvvəlki fərmanı ləğv
edib.

O, prezident və parlament seçkilərinin 11 sentyabr 2027-ci ildə
eyni vaxtda təşkil olunması barədə qərar qəbul edib.




Yeni fərmanla Qüds, İordan çayının qərb sahili və Qəzza
zolağındakı fələstinlilər dövlət başçısını və Fələstin
Qanunvericilik Şurasının üzvlərini müəyyən etmək üçün azad və
birbaşa seçkilərə çağırılıb.

Xəbərdə qeyd olunub ki, bu qərar fələstinli siyasi qruplar və
qüvvələrlə aparılan milli məsləhətləşmələr nəticəsində qəbul
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir