Şəmkirdə gənc oğlan əkiz qardaşını bıçaqladı

Baş səhifə

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

Modern.az-ın xəbərinə görə, 18 yaşlı X. Quliyev əkiz qardaşı N. Quliyevə bıçaq xəsarəti yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İddialara görə, qardaşlar arasında əvvəlcə otağa icazəsiz daxil olmaq üstündə mübahisə yaranıb. Mübahisə get-gedə böyüyüb və nəticədə məlum cinayət hadisəsi baş verib.

Hadisəni törədən X. Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir