Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin
təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv
dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü
keçirilir.

Trend-in tədbirdəki
müxbiri xəbər verir ki, tədbirdə TDT baş katibinin müavini Merey
Mukazhan, Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyinin Əqli
Mülkiyyət Hüquqları Komitəsinin sədri Şolpan Abdreyeva, Qırğız
Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyə Əmtəə Nişanları və
Patent Ofisinin (TÜRKPATENT) rəhbəri Muhammed Zeki Durak,
Özbəkistan Respublikasının ədliyyə nazirinin müavini, Əqli
Mülkiyyət İdarəsinin rəhbəri Muzraf İkramov iştirak edir.

İkinci Görüşün Azərbaycan Respublikasının TDT-yə sədrliyi
dövründə ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın
inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət
sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional
əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal
rolunun nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir.




Qeyd edək ki, TDT üzv dövlətlərinin əqli mülkiyyət qurumları
rəhbərlərinin birinci görüşü 2025-ci il 20 avqust tarixində
Qırğızıstan Respublikasının Bişkek şəhərində baş tutub. Görüşün
yekununda qəbul edilmiş Birgə Bəyannamədə tərəflər əqli mülkiyyət
hüquqlarının qorunması və təmin edilməsi sahəsində faydalı və
uzunmüddətli qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi əzmlərini
bir daha təsdiq etmiş, bu istiqamətdə birgə fəaliyyətin
genişləndirilməsinin vacibliyini vurğulayıb. Birgə Bəyannamədə TDT
üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci
Görüşünün Azərbaycan Respublikasında keçirilməsi qeyd edilib.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir