Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Baş səhifə

Göygöldə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü X. Cəlilov yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir