112 əcnəbi Gürcüstandan deportasiya edilib – azərbaycanlılar da var

Baş səhifə

Bakı.Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin
əməkdaşları son günlər ərzində aralarında Azərbaycan
vətəndaşlarının da olduğu 112 əcnəbini ölkədən deportasiya
ediblər.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

DİN-in məlumatına görə, Gürcüstandan Azərbaycan, Ermənistan,
Banqladeş, Burundi, Vyetnam, Misir, İordaniya, Hindistan, İraq,
Keniya, Livan, Mərakeş, Nigeriya, Nepal, Pakistan, Rusiya, Türkiyə,
Türkmənistan və digər ölkələrin vətəndaşları deportasiya
olunublar.




Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa
qoyulub.

Son vaxtlar Gürcüstanda qeyri-qanuni miqrantlara qarşı fəal
mübarizə aparılır. Ölkə parlamenti deportasiya və miqrantların
axtarışı prosedurlarını sadələşdirməklə miqrasiya qanunvericiliyini
sərtləşdirib. Respublikanın Daxili İşlər Nazirliyi hər ay onlarla
əcnəbi vətəndaşın ölkədən çıxarıldığı barədə məlumat verir.

DİN-in məlumatına görə, ilin əvvəlindən bəri Gürcüstandan 3,3
minədək qanunsuz miqrant çıxarılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir