
Bakı. Trend:
Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən
ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin.
Trend-in
xüsusi müxbiri, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti
Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Ümid edirəm ki, Bakıda
keçiriləcək Azərbaycan-Laos biznes-forumu bu istiqamətdə önəmli
addım olacaq”.

