Rusiyada qaz kəməri partlayıb

Baş səhifə

Bakı.Trend:

Rusiyanın Penza vilayətindən keçən qaz kəmərində yanğınla
müşayiət olunan partlayış baş verib.

Rusiya KİV-nin məlumatına görə, bu barədə ölkənin Fövqəladə
Hallar Nazirliyinin regional idarəsinin məlumatında bildirilib.

Partlayış xəttin Volçkovo kəndi yaxınlığından keçdiyi sahədə baş
verib. İlkin məlumata görə, qəza texnoloji qaydaların pozulmasına
görə, qaz kəmərinin hermetikliyinin pozulması nəticəsində meydana
gəlib.




Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, “Orta Asiya – Mərkəz” qaz nəqli sistemi təxminən 5
min kilometr uzunluğundadır və Türkmənistan, Özbəkistan və
Qazaxıstanın qaz yataqlarını Rusiya və Avropadakı istehlakçılarla
birləşdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir